Tbilisidə mehmanxanada atışma olub | VİDEO

Tbilisidə mehmanxanada atışma olub    | VİDEO
  25 Sentyabr 2025    Oxunub:529
Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki “Holiday İnn” hotelində baş verən atışma ilə bağlı bir nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, Tbilisi polisinin rəhbəri Vaja Siradze faktla bağlı “Təhlükə” və “Qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddələri ilə təhqiqat başlanıldığını bildirib.

Hadisə sentyabrın 25-də günorta saatlarında baş verib. Polisə hotel otağından atışma xəbəri daxil olub. Dərhal ora gələn polsi otaqda axtarış aparıb və bir nəfəri həbs edib.

“Hesabatф və otel işçilərinin dediyinə əsasən, guya güllə səsi eşidilib”, - Vaja Siradze dəqiqləşdirib.

Hazırda odlu silahın müsadirə edilib-edilmədiyi məlum deyil. Yalnız saxlanılan şəxsin otaqda tək olduğu aydınlaşıb.



Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tbilisi   mehmanxana   atışma  



Xəbər lenti